ABŞ Çinə qarşı hərbi təlimlərə başladı
ABŞ Çinə qarşı mübarizə aparmaq üçün Filippinlə birlikdə ən böyük hərbi təlimlərinə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Hər il keçirilən “Balikatan” təlimlərində 17 mindən çox hərbçi iştirak edir. ABŞ, Avstraliya, Kanada, Fransa, Yeni Zelandiya və Filippinin iştirakı ilə keçirilən təlimə bu il ilk dəfə olaraq Yaponiya da qatılıb”, - məlumatda deyilib.
Qeyd olunub ki, aprelin 20-dən başlayan hərbi təlim mayın 8-dək davam edəcək:
“Bu müddət ərzində hərbçilərə atəş təlimləri, hava və raketdən müdafiə üzrə təlimlər, dəniz təhlükəsizliyi, sualtı qayıqlara qarşı döyüş, desant əməliyyatları və xilasetmə əməliyyatları üzrə təlim keçiriləcək. Amerika tərəfi bu təlimləri Filippin tarixində ən böyük hərbi təlim adlandırıb”.
Oxşar xəbərlər
Yaponiya və ABŞ 45 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
Filippin, Kanada, ABŞ və Avstraliya Cənubi Çin dənizində ilk birgə hərbi təlimə başlayıb
Yaponiya ABŞ-nin Avstraliyadakı hərbi təlimlərinə qoşulacaq
Hərbi vəzifəlilərin təlim-toplanışı davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
