Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə silah ixracı qaydalarını yumşaldacaq
sizinxeber.az xəbər saytı

Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə silah ixracı qaydalarını yumşaldacaq


Yaponiya İkinci Dünya müharibəsinin sonundan bəri ilk dəfə müdafiə ixracı qaydalarını yumşaldır.

Bu barədə “Reuters” adı açıqlanmayan rəsmilərə istinadən məlumat verib.

Məlumata görə Yaponiyanın bu ay yeni qaydaları rəsmi olaraq qəbul etməsi gözlənilir.

Potensial müştərilər arasında Polşa Silahlı Qüvvələri və Filippin Hərbi Dəniz Qüvvələri var.

Agentlik avropalı diplomatlara istinadən bildirir ki, Yaponiyanın silah ixracı siyasətinin gələcəkdə yumşaldılması Qərb ölkələrinin ABŞ-dan asılılığının azalmasına kömək edəcək.

Oxşar xəbərlər

Yaponiya böyük silah ixracatçısına çevrilir
Reuters: Tramp silah ixracı qaydalarını sadələşdirəcək
Yaponiyada rekord istilər qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər