ABŞ-ın təklifində qəbuledilməz şərtlər var – Mənbə
ABŞ-ın İranla son razılaşma təklifində Tehran üçün qəbuledilməz məqamlar var.
Sizinxeber.Az xəbər verir ki, bu barədə “Tasnim” mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildirib ki, ABŞ mətbuatı tərəflərin müharibəyə son qoymaq üçün memorandum imzalamağa yaxın olduğunu iddia edir. Ancaq Tehran özündə qəbuledilməz bəndləri əks etdirən plana rəsmi cavab verməyib.
Onların sözlərinə görə, ABŞ mediasının apardığı təbliğat ölkə lideri Donald Trampın Hörmüz boğazından gəmilərin tranzitini təşkil edən "Azadlıq Layihəsi" əməliyyatının başa çatdığı barədə verdiyi bəyanatı əsaslandırmağa yönəlib.
Qeyd edək ki, Vaşinqtonun qarşıdakı 48 saat ərzində bir neçə əsas məsələ ilə bağlı Tehrandan cavab gözlədiyinə dair xəbərlər yayılmışdı.
Oxşar xəbərlər
Tramp: ABŞ danışıqlar başa çatanadək Hörmüz boğazından gəmilərin keçidini dayandıracaq
KİV: Avropa ABŞ-nin iştirakı olmadan Hörmüz boğazında "əməliyyat" planlaşdırır
İranda ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçdiyi təkzib edilib - YENİLƏNİB
ABŞ rəsmisi İranın Hörmüz boğazı üzərində nəzarətini qəbuledilməz adlandırıb
Pakistanın xahişi ilə bu layihəni dayandırdıq - Tramp
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

