Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
Avropa Birliyinin (AB) Türkiyəyə ehtiyacı Ankaranın AB-yə ehtiyacından daha çoxdur.
Sizinxeber.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib.
“Bu gün Avropanın Türkiyəyə olan ehtiyacı daha çoxdur. Sabah bu ehtiyac daha da artacaq. Son zamanlar Avropa tərəfinin Türkiyənin qitədəki mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyəti aydınlaşdırmağa məcburuq: məsələ bu gün Ankaranın mövqeyində deyil, Brüsselin gələcək dünyada harada yer almaq istədiyindədir. Artıq aydın olmalıdır ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı AB qlobal oyunçuya və ya ağırlıq mərkəzinə çevrilə bilməz”, - Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, AB-nin Türkiyəyə qarşı strateji uzaqgörənliyi çatışmır:
“Lakin Brüsseldə unutmamalıdırlar ki, Türkiyə artıq əvvəlki ölkə deyil və dünya da əvvəlki kimi yalnız Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır”.
Oxşar xəbərlər
Türkiyə Prezidenti: Avropa İttifaqına üzvlük Ankaranın strateji hədəfidir
Ərdoğan: Aİ-yə üzvlük yolunda Türkiyəyə qarşı siyasi baryerlər təcili aradan qaldırılmalıdır
Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik
Ərdoğan: Aİ təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır
Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyü məsələsi Brüsselin strateji yanaşması ilə əlaqədardır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
