Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedir
sizinxeber.az xəbər saytı

Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedir


Slovakiya Baş naziri Robert Fitso Avropa ölkələri ona uçuş icazəsi vermədikdən sonra Qələbə Günü münasibətilə Moskvaya avtomobillə getməyi düşünür.

Sizinxeber.Az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə TVN24 məlumat yayıb.

“Fitsonun Moskvaya avtomobillə səfəri ciddi şəkildə nəzərdən keçirilir, çox güman ki, mümkündür. Slovakiya Baş naziri alternativ uçuş marşrutu tapa bilsə, vəziyyət dəyişə bilər, amma Avropa Birliyi liderləri belə bir səfərə həvəsli deyillər”, - mənbə bildirib.

Qeyd olunub ki, bu durumda Bratislavanın Fitsonun keçəcəyi ölkələrdən heç bir icazə istəməsinə ehtiyac qalmayacaq.

Latviya, Litva, Estoniya və Polşa Slovakiya Baş nazirinə öz hava məkanlarından Rusiyaya uçuş icazəsi verməyib.

Oxşar xəbərlər

Polşa Slovakiyanın Baş nazirinin təyyarəsinin Moskvaya uçuşuna icazə verib
Slovakiya parlamentinin vitse-spikeri Moskvaya səfər etməyi planlaşdırır
Fitso: Slovakiya Rusiyaya qarşı sanksiyaları bloklamayacaq
Slovakiyanın Baş naziri Moskvaya səfərinin məqsədini açıqlayıb
Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər