İsrail tam geri çəkilməsə, imzalamayacağıq - Livan
sizinxeber.az xəbər saytı

İsrail tam geri çəkilməsə, imzalamayacağıq - Livan


İsrail ordusu ərazimizi tam şəkildə tərk etməsə, Livan heç bir razılaşma imzalamayacaq.

Sizinxeber.Az APA-ya istinadla xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam "Vaşinqton Post" qəzetinə müsahibəsində deyib.

“Biz dırnaqarası bufer zona, İsrail ordusunun varlığı və əhalinin yaşadıqları yerə qayıda bilməməsi reallığı ilə yaşaya bilmərik”, - baş nazir vurğulayıb.

O, ABŞ-ın İsrailə təsir gücünə malik olduğunu və atəşkəsin bərqərar olmasında rəsmi Vaşinqtonun kritik rolu olduğunu bildirib:

“Ümid edirik ki, ABŞ bu təsir gücündən istifadə etməyə davam edəcək”

Nəvaf Salam Hizbullahın tərksilah edilməsinin bir gecəlik hadisə yox, özü-özlüyündə bir proses olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Vaşinqtonda İsrail və Livan arasında danışıqlar baş tutacaq.

Oxşar xəbərlər

Baş nazir: İsrail tam geri çəkilməsə, Livan heç bir müqavilə imzalamayacaq
Nəvaf Salam İsrail ilə Livan arasında atəşkəs elan olunmasını alqışlayıb
Nəvaf Salam: Livan İsrailin hücumuna görə BMT TŞ-yə şikayət edəcək
Nəvaf Salam: Livan İsrailin hücumuna görə BMT TŞ-yə şikayət verəcək
Livan Prezidenti yeni hökumətin formalaşdırılmasını Nəvaf Salama tapşırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər