Baş nazir: İsrail tam geri çəkilməsə, Livan heç bir müqavilə imzalamayacaq
sizinxeber.az xəbər saytı

Baş nazir: İsrail tam geri çəkilməsə, Livan heç bir müqavilə imzalamayacaq


İsrail ordusu ərazimizi tam şəkildə tərk etməsə, Livan heç bir razılaşma imzalamayacaq.

Bunu Livanın Baş naziri Nəvaf Salam “Washington Post” qəzetinə müsahibəsin deyib.

“Biz dırnaqarası bufer zona, İsrail ordusunun varlığı və əhalinin yaşadıqları yerə qayıda bilməməsi reallığı ilə yaşaya bilmərik”, - Baş nazir vurğulayıb.

O, ABŞ-ın İsrailə təsir gücünə malik olduğunu və atəşkəsin bərqərar olmasında rəsmi Vaşinqtonun kritik rolu olduğunu bildirib:

“Ümid edirik ki, ABŞ bu təsir gücündən istifadə etməyə davam edəcək”

Nəvaf Salam “Hizbullah”ın tərksilah edilməsinin bir gecəlik hadisə yox, özü-özlüyündə bir proses olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Vaşinqtonda İsrail və Livan arasında danışıqlar baş tutacaq.

Oxşar xəbərlər

Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
Nəvaf Salam İsrail ilə Livan arasında atəşkəs elan olunmasını alqışlayıb
İsrail və Livan “Hizbullah”ın tərksilahında razılaşıb
Nəvaf Salam: Livan İsrailin hücumuna görə BMT TŞ-yə şikayət edəcək
Vaşinqtonda İsrail və Livan arasında görüş başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər