Serbiya Rusiyaya qarşı müharibəyə qoşulur?
Avropa Birliyi Serbiyadan nəinki Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməyi, həm də mümkün münaqişələrdə daha fəal iştirak etməyi gözləyə bilər.
Sizinxeber.Az xəbər verir ki, bu barədə serbiyalı siyasətçi Aleksandr Vulin bildirib.
O qeyd edib ki, AB-yə üzvlüklə bağlı məsələ bir sıra tələblərlə əlaqəlidir:
"Əgər biz Avropa Birliyinə daxil olmaq niyyətindəyiksə, bu, vətəndaşların seçim hüququdur. Rusiyaya qarşı sanksiyalar yalnız birinci addımdır. Bu kifayət deyil, biz hərbi sənayemizi və ordumuzu Rusiya ilə hərbi münaqişə üçün təqdim etməli olacağıq".
Vulin həmçinin Serbiyaya hərbi sahədə təzyiqlərin arta biləcəyini ehtimal edib. O, Xorvatiya, Albaniya və Kosovanın iştirakı ilə regional ittifaqın yaradılmasına diqqət çəkərək vurğulayıb ki, bu üçtərəfli pakt təhlükəsizlik üçün deyil, regionda qüvvələr balansının dəyişdirilməsinə zəmanət vermək məqsədilə yaradılıb.
Siyasətçinin fikrincə, onlar Rusiyaya qarşı aparılacaq kampaniyada Serbiyanın arxa cəbhədə qalmayacağına əmin olmaq istəyirlər.
Oxşar xəbərlər
Baş nazirinin müavini: Serbiya heç vaxt Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq
Serbiya Baş nazirinin müavini: ABŞ Belqrad və Moskvanı düşmən etməyə çalışır
Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketi üzərində işləyir
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
