Baş nazirinin müavini: Serbiya heç vaxt Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq
sizinxeber.az xəbər saytı

Baş nazirinin müavini: Serbiya heç vaxt Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq


“Serbiya xarici təzyiqlərə baxmayaraq, heç vaxt Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq”.

“Report” xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin Çinin “CGTN” telekanalına müsahibəsində deyib.

“Qərbdən Serbiyaya həmişə təzyiqlər olur, bizdən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi, Çin investisiyalarını dayandırmağı, həmçinin Avropa İttifaqı və ABŞ-ın etdiyi hər şeyə əməl etməyimizi xahiş edirlər, amma biz müstəqil dövlətik. Biz heç vaxt Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyəcəyik.

O, əlavə edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Vaşinqtonun Serbiya ilə bağlı siyasətində dəyişikliklərə nikbin baxmır.

Oxşar xəbərlər

Serbiya Baş nazirinin müavini: ABŞ Belqrad və Moskvanı düşmən etməyə çalışır
Serbiyalı nazir əmin edib ki, Belqrad heç vaxt NATO üzvü olmayacaq
Vuçiç: Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər