ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir
Pakistanda İranla danışıqlara hazırlıq görüldüyü bir vaxtda ABŞ potensial əməliyyatlar üçün Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyə davam edir.
Far.Az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı amerikalı rəsmilərə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, son vaxtlar bölgəyə yeni qırıcı və hücum təyyarələri göndərilib. Bundan əlavə, ABŞ ordusunun elit 82-ci Hava-Desant Diviziyası tərkibindən 1500–2000 arası hərbçinin yaxın günlərdə bölgəyə çatdırılması gözlənilir.
“USS George H.W. Bush” təyyarədaşıyan gəmisi və onu müşayiət edən hərbi gəmilər martın sonlarında Virciniya ştatındakı Norfolk Hərbi Dəniz Bazasından yola düşərək hazırda Atlantik okeanındadır. 11-ci Dəniz Ekspedisiya Bölməsini daşıyan “USS Boxer” isə martın ortalarında Kaliforniyadan çıxaraq hazırda Sakit okeandadır.
Oxşar xəbərlər
Pentaqon: Yaxın Şərqə əlavə qüvvələr göndərilib
ABŞ Yaxın Şərqə üç eskadrilya döyüş təyyarəsi göndərməyi planlaşdırır
ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
ABŞ Yaxın Şərqdə döyüş təyyarələrinin sayını artırmaq niyyətindədir
KİV: ABŞ İranın Xarq adasını ələ keçirmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
