Türkiyə İsrailin Livana hücumlarını kəskin qınadı
İsrailin Livana qarşı intensivləşən və çox sayda itkiyə səbəb olan hücumlarını kəskin şəkildə pisləyirik.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.
Qeyd edilib ki, sözügedən hücumlar Livandakı humanitar vəziyyəti daha da ağırlaşdırır:
"Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasına güclü dəstəyimizi bir daha bildiririk”.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.
İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib.
Oxşar xəbərlər
Monteneqro XİN: Hörmüz boğazında naviqasiya azadlığı prioritet olmalıdır
İsrail Livana hücumlarını davam etdirərsə, İran atəşkəs razılaşmasından çıxa bilər
Media: İsrailin Livana zərbələrindən sonra İran Hörmüz boğazını bağlayıb
Ərdoğan: Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir
Netanyahu: ABŞ və İran arasındakı atəşkəs Livana şamil edilmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
