Ərdoğan: Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir
sizinxeber.az xəbər saytı

Ərdoğan: Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı baş tutub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı İranda atəşkəsin əldə olunması və regiondakı son hadisələr müzakirə edilib.

Ərdoğan iki həftəlik atəşkəsin əldə olunması ilə davamlı sülh və sabitlik üçün mühüm fürsət yarandığını, bunun hədər edilməməsinin vacibliyini vurğulayıb, Türkiyənin davamlı sülhə töhfə vermək üçün səylərini davam etdirəcəyini bildirib.

Türkiyə Prezidenti edilən hücumlar fonunda Qətərin konstruktiv mövqe sərgiləməsini yüksək qiymətləndirdiyini qeyd edib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

Oxşar xəbərlər

Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
Ərdoğan Qətər əmiri ilə regional və qlobal məsələləri müzakirə edib
Ərdoğan Makronla regional və qlobal məsələləri müzakirə edib
Ərdoğan Starmerə Qəzzada atəşkəs üçün İsrailə təzyiqin vacibliyini vurğulayıb
Ərdoğan Makronla Azərbaycan və Ermənistan arasındakı Vaşinqton sammitini müzakirə edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər