AB ölkələri və Yaponiyadan iki həftəlik atəşkəslə bağlı bəyanat
sizinxeber.az xəbər saytı

AB ölkələri və Yaponiyadan iki həftəlik atəşkəslə bağlı bəyanat


Avropa Birliyinin, Avropanın bir sıra ölkələrinin, həmçinin Yaponiyanın liderləri ABŞ ilə İran arasında iki həftəlik atəşkəsin əldə olunması ilə bağlı birgə bəyanat yayıblar.

Axar.az xəbər verir ki, birgə bəyanatda ABŞ ilə İran arasında atəşkəsin əldə edilməsi alqışlanıb, bu mühüm razılaşmanın əldə olunmasına vasitəçilik etdiyinə görə Pakistana və iştirak edən bütün tərəfdaşlara təşəkkür ifadə edilib.

Liderlər bildiriblər ki, indi əsas məqsəd qarşıdakı günlər ərzində müharibəyə sürətli və davamlı son qoyulması üçün danışıqlar aparmaq olmalıdır. Bu isə yalnız diplomatik vasitələrlə mümkün ola bilər:

“Biz məzmunlu və nəticəyönümlü danışıqlar üzrə sürətli irəliləyişi qətiyyətlə təşviq edirik. Bu, İranın mülki əhalisinin qorunması və regionda təhlükəsizliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır. Bu, ciddi qlobal enerji böhranının qarşısını ala bilər. Biz bu diplomatik səyləri dəstəkləyirik. Bu məqsədlə ABŞ və digər tərəfdaşlarla sıx təmasdayıq. Bütün tərəfləri, o cümlədən Livanda da atəşkəsə riayət etməyə çağırırıq. Hökumətlərimiz Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin olunmasına töhfə verəcək”.

Qeyd edək ki, ABŞ və İran ötən gün iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Azərbaycan XİN İsrail və İran arasında əldə olunmuş atəşkəsi alqışlayır
Monteneqro XİN: Hörmüz boğazında naviqasiya azadlığı prioritet olmalıdır
Gürcüstan ABŞ və İran arasında atəşkəsi alqışlayıb
Ərdoğan: Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir
Ağ Ev Tramp və Putin arasında telefon danışığına dair bəyanat yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər