ABŞ və İsrail İrana kompensasiya ödəməlidir - Arakçı
sizinxeber.az xəbər saytı

ABŞ və İsrail İrana kompensasiya ödəməlidir - Arakçı


İranın Natanz və Buşehrdəki dinc nüvə obyektlərinə hücumlar BMT Nizamnaməsini, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nizamnaməsini və beynəlxalq hüququ pozur.

Far.Az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.

O bildirib ki, nüvə obyektlərinə zərbələr radioaktiv materialların genişmiqyaslı yayılmasına, insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.

Arakçı ABŞ və İsrailin İranın nüvə obyektlərini bombalamasını təcavüz aktı adlandırıb və hücumlara dərhal son qoyulmasını və dəyən ziyana görə İsrail və ABŞ tərəfindən tam kompensasiya ödənilməsini tələb edib.

Oxşar xəbərlər

İran ABŞ və İsraildən təzminat tələb edib
İran XİN: Ölkənin nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq
Rusiya XİN ABŞ-nin İrandakı nüvə obyektlərinə hücumunu pisləyib
BMT-nin baş katibi İsrail və İrana çağırış edib
İran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasını çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər