Moskvaya gələn xarici nümayəndə heyətlərinin təyyarələri Sankt-Peterburq, Nijni Novqorod və Kaluqa aerodromlarına yönləndiriləcək
sizinxeber.az xəbər saytı

Moskvaya gələn xarici nümayəndə heyətlərinin təyyarələri Sankt-Peterburq, Nijni Novqorod və Kaluqa aerodromlarına yönləndiriləcək


PUA hücumu təhlükəsi ilə əlaqədar Moskva hava limanlarında uçuş və enişlə bağlı məhdudiyyətlər səbəbindən xarici nümayəndə heyətlərinin təyyarələri Sankt-Peterburq, Nijni Novqorod və Kaluqa aerodromlarına yönləndiriləcək.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Еж" məlumat yayıb.

"Protokol təcili olaraq dəyişdirilir. Nümayəndə heyətlərinin başçılarına Rusiyanın regionlarından birinə səfər etmək, sonra isə dəmir yolu və ya avtomobil yolu ilə Moskvaya getmək təklif olunur", - mənbə "Еж"a bildirib.

Qeyd edək ki, son günlər Ukraynanın Moskvanı PUA hücumuna tutması inyensivləşib. Rusiya Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər Moskva istiqamətində Ukraynanın 19 PUA-sının vurulduğunu açıqlayıb.

Bu gün axşam saatlarından başllayaraq Moskvaya PUA hücumu başlayıb. Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan 3 PUA-nın vuruldağını açıqlayıb.

Xatırladaq ki, Kremlin açıqladığı məlumata görə, faşizm üzərində qələbənin 80 illiyi ilə əlaqədar Moskvada keçiriləcək təntənəli bayram tədbirlərinə 29 xarici ölkə başçısının gəlməsi planlaşdırılır.

Oxşar xəbərlər

Moskvaya uçan azı 10 təyyarə Nijni Novqorod və Sankt-Peterburqa enib
Rusiyanın “Şeremetyevo” və “Vnukovo” hava limanlarında məhdudiyyətlər götürülüb - YENİLƏNİB
Moskva vilayətinə PUA-lar hücum edib, ölən var
Rusiya MN: Ukraynanın 70 PUA-sı vurulub
Ukraynanın Moskvaya PUA hücumu nəticəsində iki nəfər ölüb, 18 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle