Ermənistan hakimiyyəti Gümrü meri postuna seçkilərlə bağlı müxalif namizədlərə təzyiqlərə başlayıb
sizinxeber.az xəbər saytı

Ermənistan hakimiyyəti Gümrü meri postuna seçkilərlə bağlı müxalif namizədlərə təzyiqlərə başlayıb


Ermənistanın Gümrü şəhərində mer seçkilərinə üç gün qalmış hakimiyyət orqanları tərəfindən müxalifət namizədlərinə sərt təzyiqlər edilir.

Sizinxeber.az xəbər verir ki, hüquq-mühafizə orqanları Gümrü meri postuna namizəd, “Mənim şərəfim var” fraksiyasının deputatı Martun Qriqoryanın seçki qərargahına basqın edib.

Bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib.

Məlumata görə, Qriqoryanın ofislərində axtarışlar aparılır.

Bundan əvvəl hüquq-mühafizə orqanlarının “Ana Ermənistan” müxalifət blokunun Gümrüdəki ofisində yoxlamalar apardığı məlum olub. Blokun Gümrü meri postuna namizədi Emma Qriqoryan Gümrüdən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb və qarşıdan gələn seçkilərlə bağlı seçicilərə rüşvət verilməsi ilə bağlı araşdırmalara başlanılıb.

“Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan bunu siyasi təqib adlandırıb və hakimiyyətin hərəkətlərini pisləyib.

Qeyd edək ki, Gümrüdə erkən seçkilər martın 30-da keçiriləcək.

Oxşar xəbərlər

Kamala Harris vitse-prezident postuna namizədini müəyyənləşdirib
Kiyevin meri Kliçkonun müavini torpaq mənimsəmək ittihamı ilə həbs edilib
Pakistan ordusunun postuna hücum olub, 16 nəfər ölüb
Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna namizəddir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər