Kiyevin meri Kliçkonun müavini torpaq mənimsəmək ittihamı ilə həbs edilib
Kiyevin meri Vitali Kliçkonun müavini Petro Oleniç torpaq mənimsəməkdə şübhəli bilinərək iki ay müddətinə girov müqabilində həbs edilib.
Sizinxeber.az xəbər verir ki, Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun “Telegram” kanalında dərc edilən məlumatlara görə, Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Oleniç üçün təxminən 362 min dollar məbləğində girov göndərilməsi ehtimalı ilə həbs qətimkan tədbiri seçib.
Məhkəmə bu işdə şübhəli bilinən digər şəxsləri, o cümlədən Kiyev Şəhər Şurasının deputatı Olena Marçenkonu da həbs edib.
Qeyd edək ki, fevralın 6-da Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq Kiyev meriyası və Şəhər Şurasında torpaq korrupsiyası ilə bağlı genişmiqyaslı əməliyyat elan edib.
Axşam Ukrayna Milli Antikorrupsiya Bürosu Kiyev Şəhər Şurasının 7 məmurunun torpaq sektorunda korrupsiyada şübhəli bilinərək həbs edildiyi barədə məlumat yayıb.
Oxşar xəbərlər
Korrupsiya ilə bağlı cinayət işləri üzrə vurulmuş ziyandan 50 milyon manat ödənilib
Pakistanda 33 şübhəli terrorçu həbs edilib
Cənubi Koreya polisinə prezidenti həbs etmək hüququ verilib
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib
İsmayıllıda həbs edilən bələdiyyə sədrinin işi məhkəməyə göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













