Rusiya Azərbaycan və Ermənistan arasında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasına münasibət bildirib
Rusiya Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayır.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova adından yayılan bəyanatda bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci imzalanmış üçtərəfli normallaşmalarda nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq üçün bu mühüm addımı dəstəkləyir.
“Biz sülh prosesinin daha da irəliləyişinə və Bakı ilə İrəvan arasında qalan məsələlərin, o cümlədən sülh sazişinin imzalanması üçün zəruri olan məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, ümumi sərhədin delimitasiyası və humanitar məsələlərin tərəfdaşlar üçün məqbul olan həddə və formada həllinə hər cür kömək göstərməyi hədəfləyirik. Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayev müvafiq məsləhətləşmələr aparmaq üçün Bakı və İrəvana səfər etməyə hazırdır.
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin bütün spektri üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar, habelə sülh müqaviləsinin imzalanması üçün Rusiya meydançasını təqdim etmək təklifimizi təsdiq edirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır
Lavrovun müavini: Rusiya Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiyasının tərəfdarıdır
NATO: Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasını səbirsizliklə gözləyirik
Çin Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan müsbət irəliləyişi alqışlayır
Zaxarova: Rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
