Kreml suriyalıların Rusiya bazasının ərazisində olması ilə bağlı xəbərləri şərh etməkdən imtina edib
sizinxeber.az xəbər saytı

Kreml suriyalıların Rusiya bazasının ərazisində olması ilə bağlı xəbərləri şərh etməkdən imtina edib


Kreml Suriyada baş verən zorakılıqlardan ciddi narahatdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Orada zorakılıq baş verir və bu da bizi dərindən narahat etməyə bilməz. Bu narahatlıq dünyanın bir çox ölkələrində və beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də paylaşılır", - o qeyd edib.

Kremlin sözçüsü bəzi Latakiya sakinlərinin Rusiya bazasının ərazisində olması ilə bağlı xəbərləri şərh etməkdən imtina edib: “Biz bazalarla bağlı heç nə şərh etmirik”.

Qeyd edək ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Rusiya və ABŞ-nin Suriyadakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələr aparmaq üçün BMT Təhlükəsizlik Şurasına sorğu göndərdiklərini açıqlayıb.

Peskov vurğulayıb ki, bu cür məsləhətləşmələr mümkün qədər tez aparılmalıdır.

Oxşar xəbərlər

Peskov Rusiya nümayəndə heyətinin Suriyada apardığı danışıqları şərh edib
Kreml Baydenin Putini öldürtmək niyyəti ilə bağlı Taker Karlsonun sözlərini şərh edib
Kreml Suriyadakı Rusiya hərbçilərinin sayını açıqlamayıb
Kreml: Rusiya nüvə arsenalını artırmağı planlaşdırmır
Kreml Qazaxıstanın AZAL-ın təyyarəsi ilə bağlı ilkin hesabatını şərh etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər