"Azərbaycan Sənaye Sığorta" bu il də zərərlə işləyir
"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) bu ilin I rübünü 94 min manat zərərlə başa vurub. Şirkət ötən ildən 2,588 milyon manat zərərlə, ötən ilin eyni dövründən isə 389 min manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-mart aylarında ASS-nin gəlirləri 8,996 milyon manat (1 il əvvələ nisbətən 19,7 % çox), xərcləri isə 9,09 milyon manat (29,3 % çox) təşkil edib.
Bu il aprelin 1-nə ASS-nin aktivləri 38,205 milyon manat olub ki, bu da illik müqayisədə 10 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 31 % artaraq 28,717 milyon manata çatıb, balans kapitalı isə 25,9 % azalaraq 9,488 milyon manata çatıb.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.
Oxşar xəbərlər
"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
"İpək Yolu Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
"Atəşgah Həyat Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
