Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA
Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsindəki yanğında "Birmarket"ə məxsus anbara da zərər dəyib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.
***13.01
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anbarda baş verən yanğın "Kontakt Home"un anbarı olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə şirkətin sosial media hesablarında məlumat paylaşılıb.
"Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub
İtkin düşmüşdü - Meyiti zirzəmidə tapıldı
Hövsanda bu saatdan qaz OLMAYACAQ
İki gün rayonlarda yağıntı intensivləşəcək, dolu düşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
