Kreml ABŞ-nin BMT Baş Assambleyasındakı mövqeyini balanslaşdırılmış adlandırıb
sizinxeber.az xəbər saytı

Kreml ABŞ-nin BMT Baş Assambleyasındakı mövqeyini balanslaşdırılmış adlandırıb


Kreml BMT Baş Assambleyasının dünənki səsverməsində ABŞ-nin mövqeyini balanslaşdırılmış adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin ABŞ-nin daha balanslı mövqe tutduğunu gördüyünü söyləyib: "Bu, həqiqətən də Ukrayna ətrafında münaqişənin həllinə yönəlmiş səylərə kömək edir. Biz bunu əlbəttə alqışlayırıq. Biz inanırıq ki, belə balanslaşdırılmış mövqe, həqiqətən də, nizamlanmaya töhfə vermək üçün həqiqi istəkdən xəbər verir".

Peskovun sözlərinə görə, Brüsseldən verilən bəyanatlar, o cümlədən dünən axşam Kiyevdən verilən bəyanatlar hələlik tarazlıqdan xəbər vermir, amma ola bilsin ki, avropalılar və amerikalılar arasında təmasların nəticələrinə əsasən, Avropa daha böyük tarazlığa doğru çəkiləcək.

Qeyd edək ki, dünən BMT-də Ukrayna ilə bağlı iki qətnamə qəbul olunub. Avropanın təşəbbüsü ilə yenidən BMT Baş Assambleyasının Rusiyanı pisləyən qətnaməsi qəbul edilib. Lakin ilk dəfə olaraq ABŞ Rusiya kimi onun əleyhinə səs verib. bu qətnamənin qəbulundan bir neçə saat sonra isə BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul edilib. Amerikanın layihəsi olan bu qətnamədə ilk dəfə Rusiyanı qınanmayıb. Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə ABŞ, Rusiya və Çin birlikdə lehinə səs veriblər. BMT Təhlükəsizlik Şurasına üzv olan bütün Avropa ölkələri bitərəf qalıb. Fransa və Britanya veto qoymayıb.

Oxşar xəbərlər

Peskov: Kreml Moldova və Gürcüstandakı seçkilərə müdaxilə etməyə çalışmır
Kreml: Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir
Kreml: Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir
Kreml: Ukraynadakı vəziyyəti Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər