Moskvada MDB İqtisadi Şurasının 104-cü iclası keçirilib
Moskvada MDB İqtisadi Şurasının 104-cü iclası keçirilib.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Aleksey Overçuk və MDB-nin Baş katibi Sergey Lebedev Rusiyanın MDB-yə sədrliyi dövründə görülən işlərlə bağlı məruzələrlə çıxış ediblər. MDB Sərgi, Yarmarka və Konqres Fəaliyyəti üzrə Dövlətlərarası Şurasının 2018-2023-cü illərdə fəaliyyəti haqqında hesabatı iştirakçılara MDB-nin Sərgi-Yarmarka Fəaliyyəti üzrə Dövlətlərarası Şurasının rəhbəri, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) baş direktoru Sergey Şoqurov təqdim edib. Qeyd olunub ki, 2002-ci ildən etibarən MDB Dövlət Başçıları Şurasının Qərarına uyğun olaraq VDNX-da Birlik dövlətlərinin daimi sərgi pavilyonlarının yaradılması istiqamətində iş aparılır. Bu prosesdə Sərgi, Yarmarka və Konqres Fəaliyyəti üzrə Dövlətlərarası Şura mühüm rol oynayır.
Birlik ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri, o cümlədən prioritet sahələrin siyahısını və milli sənaye inkişafı strategiyalarına əsaslanan sənaye kooperasiyasında əməkdaşlıq sahələrini, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlər kompleksini, istehsalatda bədbəxt hadisələrin araşdırılması qaydası haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsini müzakirə ediblər. MDB İqtisadi Şurasının növbəti iclasının 2025-ci il aprelin 28-də Daşkənd şəhərində keçirilməsi qərara alınıb.
Qeyd edək ki, uzun fasilədən sonra Ermənistan da MDB İqtisadi Şurasının iclasına qatılıb. Belə ki, daha Ermənistanı tədbirdə Belarusdakı səfiri Razmik Xumaryan deyil, respublikanın baş nazirinin müavini Mqer Qriqoryan təmsil edib.
Oxşar xəbərlər
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB XİN başçıları şurasının iclasında müzakirə ediləcək məsələlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib, Prezident İlham Əliyev iclasda çıxış edib - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












