

Kreml Moskvanın Pxenyanın tərəfində Cənubi Koreyaya qarşı vuruşub-vuruşmayacağına aydınlıq gətirib
Kreml Şimali Koreya Cənubi Koreya ilə müharibə edəcəyi təqdirdə Moskvanın Pxenyanın tərəfində vuruşub-vuruşmayacağına aydınlıq gətirib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovdan Koreya yarımadasında müharibə olacağı təqdirdə Rusiyanın Pxenyanın tərəfində vuruşacağına dair sual ünvanlanıb.
Peskov cavabında bildirib ki, Rusiya və KXDR arasında saziş “təhlükəsizlik sektoru da daxil olmaqla, bütün sahələrdə dərin əməkdaşlığı” nəzərdə tutur.
Kremlin sözçüsü əlavə edib ki, sazişdəki ifadələrin aydınlaşdırılmasına ehtiyac yoxdur, onlar kifayət qədər birmənalıdır.
Qeyd edək ki, oktyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin KXDR ilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dövlət Dumasına təqdim edib. Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tərəflərdən birinə hücum zamanı hərbi və digər yardımları nəzərdə tutur.
Oxşar xəbərlər
Putin KXDR ilə Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dumaya təqdim edib
Kreml Rusiya ordusunun şəxsi heyətinin sayının artırılmasına aydınlıq gətirib
Kreml: Rusiya nüvə arsenalını artırmağı planlaşdırmır
Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib
Kreml: Rusiya Nəsrullahın öldürülməsini və Livana zərbələri pisləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
