Rusiya “Crocus” terrorunun araşdırılması üçün üç ölkəyə müraciət edib
sizinxeber.az xəbər saytı

Rusiya “Crocus” terrorunun araşdırılması üçün üç ölkəyə müraciət edib


Rusiya müstəntiqləri “Crocus City Hall” konsert zalında törədilən terror aktının araşdırılması üçün üç ölkənin hüquq-mühafizə orqanlarından kömək istəyib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Üç xarici dövlətin səlahiyyətli orqanlarına hüquqi yardım göstərilməsi ilə bağlı 8 sorğu göndərilib, cinayətin bütün hallarının müəyyən edilməsi istiqamətində digər istintaq və prosessual addımlar həyata keçirilib”, - məlumatda deyilir.

O da qeyd olunur ki, iş üzrə 1,7 mindən çox şəxs zərərçəkmiş kimi tanınaraq dindirilib, 800-dən çox şəxs isə şahid qismində dindirilib. 20-dən çox axtarış aparılıb, hadisə yerinə 65-dən çox baxış keçirilib, 650-dən çox müxtəlif məhkəmə-tibbi ekspertiza təyin edilib.

Oxşar xəbərlər

Putin: “Crocus”da terror aktı radikal islamçıların əli ilə törədilib”
Rusiya Baş prokuroru: Terror hücumundan müdafiədə boşluqlara yol verilib
Rusiya FTX: Moskvadakı terror aktı ilə əlaqədar 11 nəfər saxlanılıb
Emin Ağalarov "Crocus" terrorundan zərərçəkənlərə yardım göstəriləcəyini deyib
“Crocus”da ölənlərin sayı 139-a çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər