"DXR"in ilk "müdafiə naziri" İqor Strelkov həbsdən azad edilərək Ukraynada müharibəyə göndərilir
Ukraynanın Donbas bölgəsində separatçıların liderlərindən biri, qondarma "Donetsk Xalq Respublikası"nın ilk müdafiə naziri İqor Strelkov (əsl adı İqor Qirkin-red.) həbsdən azad edilərək xüsusi hərbi əməliyyat zonasına göndərilir.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, "Strelkov cəza çəkdiyi koloniyanı tərk edərək Xüsusi Hərbi Əməliyyat zonasına yollanır".
Nəşrin məlumatına görə, Strelkovu müdafiə edən vəkillər müvafiq icazə alıblar. Onun həbs cəzası Xüsusi Hərbi Əməliyyat zonasında xidmətlə əvəz edilib.
Qeyd edək ki, İqor Strelkov təqaüddə olan Rusiya hərbçisi və Federal Təhlükəsizlik Xidmətinin zabitidir. 2014-cü ildə o, DXR-in ilk müdafiə naziri olub.
2022-ci ilin noyabrında Haaqa məhkəməsi Strelkovu 2014-cü ilin yayında Donetsk vilayətində Malayziyaya məxsus Boeing 777 təyyarəsinin vurulmasında günahkarlardan biri kimi tanıyıb. O, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. Ukraynada xüsusi əməliyyat başlayandan sonra o, Rusiya Müdafiə Nazirliyinin və ölkə rəhbərliyinin fəaliyyətini mütəmadi olaraq tənqid edib. Strelkov 2023-cü iyulun 21-də saxlanılıb və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci (“Ekstremist fəaliyyətə açıq çağırışlar”) maddəsi ilə cinayət işi açılıb.
Ukraynanın Donbas bölgəsində separatçıların liderlərindən biri olan İqor Strelkov (Qirkin) cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
ABŞ və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ hücuma hazır olması barədə xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail və ABŞ müdafiə nazirləri telefonla danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada PKK-nın qondarma liderlərindən biri zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ müdafiə naziri "Hizbullah" və İsrail arasında döyüşün qaçılmaz olduğuna inanmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












