HHM qüvvələri gecə ərzində Moskvaya doğru uçan 10 PUA vurub
sizinxeber.az xəbər saytı

HHM qüvvələri gecə ərzində Moskvaya doğru uçan 10 PUA vurub


Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Moskva istiqamətində uçan daha iki pilotsuz uçuş aparatını (PUA) məhv edib və nəticədə vurulan PUA-ların sayı 10-a çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin öz “Telegram” kanalında məlumat verib.

"Düşmən PUA-larının Moskvaya bütün hücumları uğurla dəf edildi. Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri bu gecə 10 PUA-nı vurub ", – deyə o bildirib.

Sobyanin Moskvaya dronlarla bu gecəki hücum cəhdini bütün zamanların ən böyüklərindən biri adlandırıb.

Oxşar xəbərlər

HHM qüvvələri gecə ərzində Moskvaya doğru uçan 10 pilotsuz təyyarəni vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sobyanin: Moskva səması PUA hücumlarından etibarlı qorunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lukaşenko: Belarus HHQ ötən gecə Ukraynanın hava hədəflərini məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kursk səmasında 19 PUA zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Krım körpüsünə atılan 12 raket məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər