Qazaxıstanda 2022-ci ilin yanvarında iğtişaşlara görə tutulan keçmiş DİN rəhbərinə hökm oxunub
Astana Şəhər Cinayət Məhkəməsi keçmiş daxili işlər naziri Erlan Turqumbayevi 5 il müddətinə şərti azadlıqdan məhrum edib.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Eks-nazir 2022-ci ilin yanvar ayında iğtişaşlar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə məhkum edilib.
"Məhkəmənin hökmü ilə Turqumbayev cinayət törətməkdə təqsirli bilinərək 10 il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə şərti azadlıqdan məhrum edilib. Turqumbayevin əməllərində korrupsiya cinayəti əlaməti olmadığından onun barəsində şərti cəza qərarı verilib. Məhkəmə məhkumun günahını etiraf etməsini, səmimi peşmanlığını və ilk dəfə cinayət törətməsini nəzərə alıb”, - qərarda deyilir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
