Mayın 9-da Moskvada mobil internet tam söndürüləcək
sizinxeber.az xəbər saytı

Mayın 9-da Moskvada mobil internet tam söndürüləcək


May ayının 9-da Moskvada mobil internet tam söndürüləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, mayın 9-da Moskvada mobil internetə, o cümlədən veb saytların "ağ siyahısına" girişə və SMS mesajlarına müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Nazirlik evlərdəki internetin və Wi-Fi-nin normal qaydada işləyəcəyini, 7-8 may tarixlərində mobil internetə çıxışı məhdudlaşdırmağı planlaşdırmadıqlarını açıqlayıb.

Oxşar xəbərlər

Moskvada internetə çıxış məhdudlaşdırıla bilər
Regionda ən pis mobil internetin Ermənistanda olduğu müəyyən edilib  
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Rusiyanın 30-dan çox şəhərində mobil internet kəsilib
Moskvada Çin-Rusiya-İran məsləhətləşmələri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər