Ukrayna və Aİ Avropada regional formatların gücləndirilməsi üzrə birgə işləyəcək
sizinxeber.az xəbər saytı

Ukrayna və Aİ Avropada regional formatların gücləndirilməsi üzrə birgə işləyəcək


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Sibiqa özünün “X” hesabında məlumat verib.

O bildirib ki, bu gün Ukrayna-Rumıniya-Moldova üçlüyünün Ukraynanın Çernivtsi şəhərində nazirlər səviyyəsində görüşü keçiriləcək.

Sibiqanın sözlərinə görə, “Lublin üçbucağı” ölkələrinin (Ukrayna, Polşa və Litva) xarici işlər nazirləri konfransa onlayn qoşulacaq.

Ukrayna XİN rəhbəri Qara Dəniz və Baltik regionunun təhlükəsizliyinin bir-birinə bağlı olduğunu qeyd edib.

Andrey Sibiqa Kallasla telefon söhbətində Ukraynanın Mərkəzi və Şərqi Avropada regional formatların gücləndirilməsini dəstəklədiyini bəyan edib.

Bu konteksdə Ukrayna və Avropa ölkələrinin diplomatik koordinasiyası müzakirə olunub.

Oxşar xəbərlər

Ukrayna və Ermənistan XİN rəhbərləri görüşüb
Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
Ukrayna XİN rəhbəri Keyt Kelloq ilə görüşüb
Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb - YENİLƏNİB
Ukrayna XİN rəhbəri ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər