Kreml avqustun sonuna qədər Putin və Zelenskinin görüşünün mümkünlüyünə münasibət bildirib
Kreml Putin və Zelenskinin görüşünün mümkünlüyünə münasibət bildirib.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin avqustun sonuna qədər Ukrayna lideri Volodimir Zelenski ilə görüşü çətin ki, mümkün olsun.
Kreml rəsmisinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında yüksək səviyyəli görüş nizamlanmaya son qoymalı və əldə edilmiş bütün razılaşmaları qeydə almalıdır.
“30 gün ərzində belə bir çətin prosesi keçmək mümkündürmü? Çətin ki”, - Peskov avqustun sonuna qədər Putin və Zelenskinin görüşünün mümkünlüyü ilə bağlı suala cavab verərkən vurğulayıb.
“Bizim mövqeyimiz çox yaxşı məlumdur, bizim mövqeyimiz Ukrayna tərəfinə verilmiş memorandum layihəsində öz əksini tapıb", - o əlavə edib.
Oxşar xəbərlər
Kreml Putin və Zelenskinin avqustun sonuna qədər mümkün görüşünü şərh edib
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Kreml Putin-Tramp görüşünün mümkünlüyünə münasibət bildirib
Kreml: Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır
Kreml Ukraynanın Qələbə planına münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













