Rusiya Kiyev vilayətini vurdu: ölənlərin sayı artdı
sizinxeber.az xəbər saytı

Rusiya Kiyev vilayətini vurdu: ölənlərin sayı artdı


Martın 14-nə keçən gecə Rusiya qoşunlarının Ukraynanın Kiyev vilayətinə raket və dron hücumu nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik Teleqram kanalında yazıb.

"Təəssüf ki, Brovarı rayonunda iki nəfər həlak olub. Yataqxana binası, istehsalat və anbar binaları zədələnib", - Kalaşnik bildirib.

O qeyd edib ki, hücumun fəsadları həmçinin paytaxtın Obuxov rayonunda da qeydə alınıb:

“Orada çoxmərtəbəli binanın texniki otağı zədələnib, yaxınlığında isə avtomobillər yanıb”.

Oxşar xəbərlər

Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində ölənlərin sayı beşə çatıb
Rusiyanın Kiyevə hücumu nəticəsində beş nəfər həlak olub
Ukraynada Xarkov vilayətində hücumlar nəticəsində üç nəfər ölüb, 23 nəfər yaralanıb
Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər