Uitkoff ABŞ-nin İranla danışıqlarda "qırmızı xətt"ini açıqladı
sizinxeber.az xəbər saytı

Uitkoff ABŞ-nin İranla danışıqlarda "qırmızı xətt"ini açıqladı


"ABŞ İranın uranı zənginləşdirməkdən imtina etməsində israr edir, bu, Vaşinqtonun danışıqlardakı "qırmızı xətt"idir".

Oxu.Az xəbər verir ki, bunu ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz İranla danışıqlara getməzdən əvvəl Prezident Donald Tramp mənə və Cared Kuşnerə təlimat verdi, "qırmızı xətlər"i müəyyən etdi - zənginləşdirmə olmamalıdır, biz bütün zənginləşdirilmiş uranı müsadirə etməliyik", - deyə o bildirib.

ABŞ prezidentinin xüsusi nümayəndəsi iddia edib ki, bir həftədən sonra Tehranın əlində nüvə bombası yaratmaq üçün lazım olan səviyyədə zənginləşdirilmiş kifayət qədər uran olacaq. Uitkoff əlavə edib ki, ABŞ prezidenti İranın təzyiqlərə və Yaxın Şərqə yerləşdirilən ABŞ hərbi qüvvələrinə baxmayaraq, təslim olmaq istəməməsinə təəccüblənir.

Oxşar xəbərlər

Uitkoff: ABŞ İrana mümkün nüvə sazişi çərçivəsində uranı zənginləşdirməyə icazə verməyəcək
Ağ Ev: Uitkoff İranla müzakirələri davam etdirir
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
Stiven Uitkoff: İranla danışıqların növbəti raundu mayın 10-11-də baş tuta bilər
ABŞ-nin xüsusi nümayəndəsi: Gələn həftə Avropada İran nümayəndələri ilə görüşəcəyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər