İsrail XİN: “Madlin” gəmisi sahilə doğru üzür, sərnişinlər ölkələrinə qayıdırlar
Göyərtəsində Fələstinyönlü 12 fəalın olduğu Qəzza zolağı sahillərinə doğru hərəkət edən "Madlin" gəmisi İsrail sahillərinə doğru gedir və onun sərnişinlərinin öz ölkələrinə qayıtması gözlənilir.
"Report"un məlumatına görə, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Məşhurların" “selfi yaxtası” sağ-salamat İsrail sahillərinə yaxınlaşır. Onun sərnişinlərinin öz ölkələrinə qayıtması gözlənilir", - XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində qeyd olunub.
Bəyanatda həmçinin vurğulanır ki, Qret Tunberq də daxil olmaqla, gəmidəki fəallar “mediada təxribat təşkil etməyə çalışırdılar” və onların yeganə məqsədi “ictimaiyyətin diqqətini cəlb etmək”dir ki, bu da gəminin göyərtəsində az miqdarda humanitar ləvazimatın olmasının sübutudur.
"Qəzza zolağına yardımın çatdırılmasının instaqram selfilərinə aidiyyatı olmayan yolları var. Yaxtada olan az miqdarda yardım əsl humanitar kanallarla Qəzzaya göndəriləcək", - XİN-dən aydınlıq gətirib.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi bildirmişdi ki, gəmidə olanlar Qəzza sakinlərinə humanitar yardım göstərmək yox, medianın “diqqətini cəlb etmək” istəyirlər.
Oxşar xəbərlər
İsrail: Qəzzaya humanitar yardım daşıyan ilk beş yük maşını buraxılıb
Türkiyə XİN: İsrail Qəzzadakı atəşkəsin davamlılığının təmin olunmasının qarşısını alır
BMT agentliyi Qəzza zolağına humanitar yardımın çatdırılmasının azaldığını qeyd edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
