Netanyahu İsrail ordusuna husilərin strateji hədəflərinə hücum etməyi əmr edib
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Nazirliyinin rəhbəri İsrail Kats ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə (İMQ) Yəməndə husilərin strateji hədəflərinə hücum əmri verdiyini və bu həmlənin sonuncu olmadığını bildirib.
"Report"un məlumatına görə, bu barədə Baş nazir parlamentdə çıxışı zamanı deyib.
"Son günlərdə biz müdafiə naziri ilə birlikdə ordumuza husilərə məxsus strateji hədəflərə dəqiq zərbələr endirmək göstərişi vermişik. Husilərin istifadə etdiyi mühüm terror aktivlərini məhv etdik. Bu, birinci deyil və sonuncu da olmayacaq", – o əlavə edib.
Netanyahunun sözlərinə görə, İsrail çox sadə bir prinsip qoyub: kim İsrailə zərər verməyə çalışırsa, eyni cavabı alacaq: "İsrail çəkindirici gücünü qüvvətləndirir, düşmənlərinə zərbələr endirir və İranın terrorçu peyklərini bir-bir məhv edir”.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, dekabrın 21-də səhər saatlarında Yəməndən İsrailin mərkəzinə doğru raket atılıb və Təl-Əviv yaxınlığında yerə düşüb. Hadisə nəticəsində azı 14 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Netanyahu: İsrail həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır
Netanyahu İsrailin Suriya ilə qarşıdurmada maraqlı olmadığını bəyan edib
İsrail yenidən Livana zərbələr endirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
