Tramp Maskdan məyus olub
sizinxeber.az xəbər saytı

Tramp Maskdan məyus olub


ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın Ağ evi tənqid etməsi fonunda sahibkardan məyus olduğunu və ona çox yardım etdiyini söyləyib.

“Report” “CBS News”a istinadən xəbər verir ki, bu barədə Tramp Almaniyanın kansleri Fridrix Mertslə görüşündə danışıb.

“Mən ondan məyus oldum, ona çox kömək eləmişəm”, – dövlət başçısı deyib.

Amerika lideri əvvəllər Maskla yaxşı münasibətdə olduğunu, lakin indi bunun hansı vəziyyətdə olduğunu bilmir.

Xatırladaq ki, iyunun 3-də Mask Trampın xərc və vergilər haqqında “Vahid, böyük, gözəl” qanun layihəsini sərt tənqid edərək bunu “iyrənc” adlandırmışdı.

Ötən həftə o, Tramp administrasiyasındakı Hökumət Səmərəliyi Departamenti (DOGE) başçısı vəzifəsini tərk etmiş, lakin prezidentin dostu və müşaviri qalmağa davam edəcəyini vurğulamışdı.

Oxşar xəbərlər

AP: Mask Tramp administrasiyasından gedir
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir
Mask Trampın dəstəklədiyi qanun layihəsini tənqid edib
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
KİV: Tramp Almaniya kanslerini tənqid edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər