Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
sizinxeber.az xəbər saytı

Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?


Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq istəyir. Paşinyan bildirib ki, “bu məsələ hökumətin gündəliyinə daxil edilib”.

Sülh sazişinin imzalanması Ermənistan hakimiyyətinin seçkidə mövqelərini gücləndirə, revanşistlərin anti-sülh gündəliyinə əsaslanan proqramlarını sıradan çıxara bilər. Bakı-İrəvan xəttində razılaşmalar da sülh sazişinin imzalanmasının önünü açır:

- Əsas ziddiyyətli məsələ olan Zəngəzur dəhlizi həll edilib: Vaşinqton anlaşmalarından sonra ABŞ-Ermənistan TRİPP müqaviləsində layihənin icrası öz əksini tapır; ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasında da Naxçıvana maneəsiz bağlantının açılması qeyd olunur;

- Sərhədin delimitasiyası ilə bağlı prinsipial razılaşma var: tərəflər mübahisəli məsələlələri sülh yolu ilə həll edəcəklər;

- İkitərəfli ticarət əlaqələri qurulub və genişlənməsi perspektivləri mövcuddur;

Bu mənzərə fonunda sazişin Ermənistandakı seçkilərdən öncə imzalanması imkanları görünür. Seçkidə Paşinyanın qalib gəlməsi razılaşmaların icrası, ümumilikdə regional sülhün əldə edilməsi baxımından vacib olduğunu nəzərə alsaq, Bakının sazişlə İrəvana jest etməsi ssenarisi məqbul hesab oluna bilər. Hərçənd, yekun sülh sazişinin önündə əngəl olan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası tərəddüdlər yaradır.

Ermənistan hakimiyyəti bunun problem olmadığını iddia edir: paraflanan sülh sazişi layihəsində “sazişin daxili qanunvericilikdən üstün olması”nı əsas gətirərək, konstitusiya dəyişmədən imzalanmanın reallaşmasını mümkün hesab edirlər, eyni zamanda, seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcəyi vədini verirlər.

Azərbaycanın bununla bağlı haqlı tərəddüdləri var.

Birincisi, Paşinyanın mövqeləri güclü olsa da, seçkidə qalib gəlməsi aksioma deyil, həmçinin, seçkilərə müdaxilə fors-major situasiya yarada bilər;

İkincisi, Paşinyan hakimiyyətinin seçkidə qalib gəldikdən sonra vədinə nə qədər sadiq qalacağı sual altındadır, tarixi təcrübə Ermənistana bel bağlamağın təhlükəli olduğunu ispatlayıb;

Bu baxımdan, seçkidən öncə - Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qalxmadan sülh sazişinin imzalanması risklidir.

Oxşar xəbərlər

Paşinyan: İrəvan və Bakı sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır
Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır
Araik Arutyunyan: İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var
Ararat Mirzoyan: Bakı ilə İrəvan arasında ən qısa vaxtda sülh sazişinin imzalanması üçün real şans var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər