Pensiyaçılara MÜJDƏ: Gözlənilən sərəncam imzalandı
sizinxeber.az xəbər saytı

Pensiyaçılara MÜJDƏ: Gözlənilən sərəncam imzalandı


Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sizinxeber.Az bu barədə President.az-a istinadən xəbər verir.

Sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

- ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə - həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

- istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılır.

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Oxşar xəbərlər

Əmək pensiyaları artırıldı - Sərəncam
Əmək pensiyaları indeksləşdiriləcək
Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
Pensiyalar nə qədər artırılıb? - RƏSMİ
Pensiya kapitalı 2024-cü ildə nə qədər artırılacaq? - Ekspert

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər