Türkiyəli şərhçi Ertem Şener Qurban Qurbanovdan danışdı: "Qarabağ"ın yüksəlişi qətiyyən təsadüf deyil"
sizinxeber.az xəbər saytı

Türkiyəli şərhçi Ertem Şener Qurban Qurbanovdan danışdı: "Qarabağ"ın yüksəlişi qətiyyən təsadüf deyil"


"Qarabağ"ın Şamaxı səfərində keçirdiyi qarşılaşmadan əvvəl yaşanan maraqlı bir an sosial medianın əsas müzakirə mövzusuna çevrilib. Belə ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun stadion işçilərindən kürək istəyərək qarı təmizləmə işlərinə şəxsən qatılması böyük diqqət çəkib.

Oxu.Az xəbər verir ki, bu kadrları dəyərləndirən türkiyəli tanınmış idman şərhçisi Ertem Şener Qurbanovun bu davranışına tərif dolu ifadələrlə qarşılıq verib.



E.Şener təcrübəli mütəxəssisin nümayiş etdirdiyi təvazökarlığın heyranlıq oyatdığını vurğulayaraq, onun sadəcə meydandakı uğurları ilə deyil, həm də yüksək xarakteri ilə əsl nümunə olduğunu dilə gətirib.

Öz açıqlamasında Şener Qurban Qurbanovun Avropadakı tarixi zəfərlərinə də xüsusi diqqət çəkib.

"Çelsi"yə qarşı son anadək müqavimət göstərən, "Frankfurt" və "Kopenhagen"i diz çökdürən, "Benfika" səfərində möhtəşəm geridönüşə imza atan bir baş məşqçidən bəhs edirik. "Qarabağ"ın bu yüksəlişi qətiyyən təsadüf deyil, qazanılan uğurların kökündə məhz Qurbanovun komandaya aşıladığı döyüş ruhu, dəmir intizam və bənzərsiz liderlik anlayışı dayanır", - deyə o bildirib.

Oxşar xəbərlər

Türkiyəli şərhçi Ertem Şener: "Qurban Qurbanov "Real Madrid", "Barselona"ya layiq məşqçidir"
Qurban Qurbanov "Qarabağ"ı Azərbaycan çempionatında 500-cü oyuna çıxarıb
Planşeti sındıran Qurban Qurbanovun cəzalanmamasının səbəbi açıqlanıb
Qurban Qurbanov "Qarabağ"da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb
Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər