Ukraynaya yardım 1,3 milyard avroya qədər artırılacaq
Ukraynaya "Danimarka modeli" çərçivəsində müdafiə dəstəyi 2025-ci ildə 1,3 milyard avroya qədər artacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov sosial şəbəkələrdə yazıb.
O qeyd edib ki, Danimarka, İsveç, Kanada, Norveç və İslandiyadan 428 milyon avro məbləğində ilk tranş yaxın zamanda Ukrayna silahlarının (artilleriya, zərbə dronları, raketlər və tank əleyhinə vasitələr) istehsalına yönəldiləcək.
"Bu vəsaitin bir hissəsi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına daxil olacaq", - nazir əlavə edib.
R.Umerov həmçinin Ukrayna şirkətlərinin "Ramştayn" ölkələrinə investisiyaları və Avropa müdafiə şirkətlərinin istehsal müəssisələrinin Ukraynada yerləşdirilməsi ilə bağlı yeni strateji qərarları elan edib.
Oxşar xəbərlər
Danimarka Ukraynanın HHM imkanlarının gücləndirilməsi üçün 293 milyon dollar ayıracaq
Danimarka Ukraynaya 600 milyon dollardan çox hərbi yardım paketi ayırıb
Aİ 2025-ci ildə Ukraynaya 30 milyard avro yardım göstərmək niyyətindədir
Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 1 milyard avro köçürüb
G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













