Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır
sizinxeber.az xəbər saytı

Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır


Müdafiə qabiliyyətinin artırılması ilə bağlı NATO-nun yeni tələblərinin yerinə yetirilməsi çərçivəsində Almaniya Silahlı Qüvvələrində hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə gələrkən bildirib.

Nazir qeyd edib ki, hələlik xidmət könüllü olacaq.

Onun sözlərinə görə, Almaniyanın hədəf paketi (Şimali Atlantika Alyansının müdafiəsinə töhfə) NATO-da miqyasına görə ikinci böyük paket olacaq.

Hazırda Bundesver hərbçilərinin sayı təxminən 183 min nəfərdir.

Oxşar xəbərlər

G7 Kiyevə Ukrayna ordusunun döyüş qabiliyyətinin bərpasını təmin etməyi vəd edib
Almaniyanın Silahlı Qüvvələrində 35 min əsgər və zabit çatışmır
Almaniya NATO-nun şərq cinahını gücləndirir
Estoniyalı nazir: NATO dövlətlərinin raketdən müdafiə sistemlərində ciddi qüsurlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər