“Economist”: Britaniya hərbi strategiyasını yenidən nəzərdən keçirməlidir
sizinxeber.az xəbər saytı

“Economist”: Britaniya hərbi strategiyasını yenidən nəzərdən keçirməlidir


Böyük Britaniya hərbi strategiyasını yenidən nəzərdən keçirməlidir və hərbi bazalardan istifadəyə yanaşmasını dəyişməlidir.

“Report” xəbər verir ki, bu barədə “Economist” jurnalı məlumat yayıb.

Jurnal xüsusilə yazıb ki, Britaniya Kral Hərbi Hava Qüvvələri bir çox Avropa ölkələri kimi bazaları bağlamaqla və təyyarələri bir yerdə yerləşdirməklə pula qənaət edib.

Lakin Ukraynanın Rusiyaya PUA-larla kütləvi hücumu Britaniyaya bu strategiyanın səhv olduğunu xatırladıb.

“İndi Hərbi Hava Qüvvələri daha geniş bazalardan döyüş əməliyyatları aparmağı, döyüş sursatı, ehtiyat hissələri və yanacağı dağıtmağı yenidən öyrənməlidir”.

“Economist” qeyd edib ki, bununla belə, ciddi maliyyə çatışmazlığına görə krallıq bu cür modernləşdirməni həyata keçirə bilməz.

Oxşar xəbərlər

ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəməndəki hədəflərə hücum edib
The Times: Britaniya ABŞ-dən əlavə “F-35”lər alacaq
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Britaniya 2024-cü ilin mayından bəri ilk dəfə Yəmənə zərbələr endirib
KİV: Britaniya münaqişə vəziyyətində öz səmasını qoruya bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər