

Polşa son illərin ən böyük hərbi təlimlərinə hazırlaşır
Polşada 18-ci Mexanikləşdirilmiş Diviziya son illərdə NATO müttəfiqlərinin iştirak edəcəyi ən böyük hərbi təlimi keçirəcək.
“Sizinxeber.az” Polşa KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.
“Fevralın əvvəlində Polşa Prezidentinin də iştirak etdiyi Polşa Ordusunun rəhbərliyi ilə brifinq zamanı uzun illərdən sonra ilk böyük diviziya təlimlərinin keçirilməsi ilə bağlı əmr verdim. 18-ci Mexanikləşdirilmiş Diviziya məhz belə təlimlər keçirəcək və imkan və bacarıqlarını, o cümlədən də müttəfiqlərimizlə birlikdə, nümayiş etdirməyə tam hazır olacaq”, - o deyib.
Nazir bunu Polşa və müttəfiqlərinin Rusiya və Belarus Silahlı Qüvvələrinin bu il keçirəcəyi “Zapad-2025” təlimlərinə cavab adlandırıb.
Polşa Ordusunun Baş Qərargah rəisi, general Veslav Kukula vurğulayıb ki, təlimin əsəs məqsədlərindən biri Varşavanın şərqində yerləşən hərbi hissələrin əksəriyyətinin daxil olduğu 18-ci diviziyanın bölmələrinin “M1 Abrams” tankları kimi sistemli şəkildə təchiz edilmiş müasir texnikanı nə dərəcədə mənimsədiyini yoxlamaqdır.
Daha əvvəl Polşa Müdafiə Nazirliyi Rusiya və Belarusun bu ilin sentyabrına planlaşdırılan “Zapad-2025” təlimlərinə “proporsional cavab”ın hazırlandığını açıqlamışdı.
Oxşar xəbərlər
Polşa “Patriot” sistemlərinə dəstək üçün ABŞ ilə 2 milyard dollarlıq müqavilə imzalayacaq
Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır
Polşa NATO-nun şimal-şərq korpusunun gücləndirilməsini tələb edir
Polşa silah-sursat alınması üçün böyük həcmdə müqavilə imzalayıb
ABŞ Polşada hərbi texnikasının bir hissəsini saxlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
