WSJ Federal Ehtiyat Sisteminin eks-əməkdaşının Çin üçün casusluğunun təfərrüatlarını açıqlayıb
"The Wall Street Journal" ABŞ Federal Ehtiyat Sisteminin (Fed) keçmiş iqtisadçısı Con Rocersin federal hakimiyyət orqanları tərəfindən Çin Xalq Respublikası (ÇXR) üçün casusluqda ittiham edildiyi işin təfərrüatlarını öyrənib.
2013-cü ildə Rocers Fed forumunda iştirak etmək üçün Şanxaya səfər edib, burada, istintaqın versiyasına görə, Çin xüsusi xidmət orqanlarının agentləri ilk dəfə onunla əlaqə qurublar. Özünü Çin universitetlərindən birinin doktorantı kimi təqdim edən bir şəxs amerikalıya Fed-i tədqiq etdiyini və onun işi haqqında daha çox məlumat əldə etmək istədiyini bildirib. Bir neçə görüşdən sonra Rocersə artıq "maraq göstərən Çin doktorantının" hesabına şəxsi səfərlə Çinə getmək təklif edilib. WSJ qeyd edib ki, bu, 2021-ci ildə Fed-dən ayrılmış Rocersin bu ilin yanvarında casusluqda ittiham edilməsi ilə nəticələnən bir sıra hadisələrə səbəb olub.
Müstəntiqlər bildiriblər ki, Con Rocers pul müqabilində çinlilərə Fed-in daxili hesabatları haqqında məlumatları, o cümlədən Fed-in baza uçot dərəcəsi ilə bağlı qərar qəbul edən bazar komitəsinin iclasları haqqında məlumatları ötürüb. FTB agentləri Fed-in keçmiş əməkdaşının Vaşinqtondakı mənzilində axtarış zamanı təxminən 50 min dollar nağd pul tapıblar. Təqsirləndirilən şəxsin həyat yoldaşı bunun öz pulu olduğunu iddia edir, Rocers isə casusluq ittihamlarını inkar edir.
Fed-in keçmiş iqtisadçısının vəkilləri deyirlər ki, hakimiyyət orqanlarının bir çox ittihamları zəif əsaslara malikdir və qeyd edirlər ki, Rocersin kredit-pul siyasətinə təsir göstərə biləcək Fed-in məxfi məlumatlarına çıxışı olmayıb. Fed-in keçmiş iqtisadçısının məhkəməsi bu il başlamalıdır. Əgər Rocers iqtisadi casusluqda təqsirli bilinərsə, ona 15 ilədək həbs cəzası verilə bilər.
Oxşar xəbərlər
KİV: Mask ABŞ Federal Ehtiyat Sisteminin xərclərinin yoxlanılmasını zəruri hesab edir
Bayden Rusiyada casusluqda ittiham olunan jurnalisti azad edəcəyinə söz verib
Almaniyada Çinə casusluqda ittiham olunan ABŞ vətəndaşı həbs edilib
Federal Ehtiyat Sistemi ÜDM artımı ilə bağlı proqnozunu aşağı salıb
ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsinin tədricən azaldılmasını gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












