ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsinin tədricən azaldılmasını gözləyir
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sisteminin rəhbər komitəsinin üzvləri inflyasiyanın zəiflədiyinə və əmək bazarının sabit qalacağına əminliklərini ifadə ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin noyabrın 6-7-də keçirilən iclasının yekunları ilə bağlı yayılan məlumatda deyilir.
Federal Ehtiyat Sisteminin rəhbərliyi inflyasiyanın artım tempindən razıdır, baxmayaraq ki, əksər göstəricilər üzrə hələ də hədəf 2%-i ötüb.
Onlar vurğulayıblar ki, baza faiz dərəcəsinin tədricən azaldılması mümkündür: “İclas iştirakçıları pul siyasətinin perspektivlərini müzakirə edərkən qeyd ediblər ki, məlumatlar gözləntilərə cavab verərsə, inflyasiya davamlı olaraq 2%-ə enməkdə davam edəcək və iqtisadiyyat təxminən maksimum məşğulluğu qoruyub saxlayacaq. Onda yəqin ki, zaman keçdikcə tədricən daha neytral siyasətə keçmək məqsədəuyğun olar”.
Oxşar xəbərlər
Federal Ehtiyat Sistemi uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
FED uçot dərəcəsini endirib
Federal Ehtiyat Sistemi ÜDM artımı ilə bağlı proqnozunu aşağı salıb
KİV: ABŞ iqtisadiyyatı dünya üçün ciddi nəticələrə səbəb olacaq yeni "superdövr"ə qədəm qoyub
Maliyyə Nazirliyi: Orta illik inflyasiya tədricən azalacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













