ABŞ-də haker rabitə xidmətinin bazasını sındıraraq təxminən 60 məmurun məlumatlarını oğurlayıb
sizinxeber.az xəbər saytı

ABŞ-də haker rabitə xidmətinin bazasını sındıraraq təxminən 60 məmurun məlumatlarını oğurlayıb


“TeleMessage” təhlükəsiz korporativ yazışma xidmətini sındıran haker ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts da daxil olmaqla, təxminən 60 amerikalı məmurun məlumatlarını oğurlayıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ Gömrük Xidməti, ABŞ Məxfi Xidmətinin əməkdaşları və bir Ağ Ev işçisi ilə bağlı yazışmalar şəbəkəyə sızıb. Bütün mesajlar təxminən mayın 4-nə aiddir.

Qeyd olunub ki, bəzi söhbətlər yüksək rütbəli amerikalı məmurların səfər planları ilə bağlı olub. Mesajları internetə sızan bir sıra maliyyə şirkətləri sızıntı faktını təsdiqləyiblər.

Oxşar xəbərlər

Uolts: ABŞ Ukrayna ilə danışıqlarda irəliləyir
KİV: FTB Kennedinin qətli ilə bağlı 2,4 min gizli yazışma aşkarlayıb
Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib
KİV: ABŞ qanunsuz miqrantların Quantanamoya daşınacağı gündəlik reyslər açır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər