ABŞ ilin sonunadək Avropadakı qoşunlarının ixtisarı barədə danışıqlara başlayacaq
ABŞ administrasiyası iyun ayına planlaşdırılan Haaqa sammitindən sonra öz hərbi qüvvələrinin Avropa ölkələrindən çıxarılması ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşmələrə başlayacaq.
"Sizinxeber.az"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Estoniyada təhlükəsizlik konfransı zamanı ABŞ-nin alyansdakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
"Biz bu müzakirələri NATO strukturu çərçivəsində aparacağıq. Əlbəttə, (NATO-nun Haaqada) sammitindən sonra, bu ilin sonunda bunu müzakirə etməyə başlayacağıq. Bütün müttəfiqlərimiz buna hazırdır", - o deyib.
Eyni zamanda, daimi nümayəndə yekun qərarın hələ verilmədiyini qeyd edərək, ABŞ-nin alyansdan çıxmaq niyyətində olmadığını və digər NATO üzvləri üçün böyük müttəfiq olaraq qalacağını açıqlayıb.
Uitaker müttəfiqlərinə xəbərdarlıq edib və Avropa İttifaqını Aİ-yə daxil olmayan ölkələrin şirkətlərinin Avropanın müdafiə satınalmalarında iştirakını məhdudlaşdırmamağa çağırıb. Onun sözlərinə görə, bu, Avropanın yenidən silahlanmasına, xərclərin artmasına və innovasiyaların ləngiməsinə mane ola bilər.
Xatırladaq ki, apreldə ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Avropadakı silahlı qüvvələrinin sayını azalda biləcəyini etiraf edib.
Oxşar xəbərlər
Metyu Uitaker ABŞ-nin NATO-dakı daimi nümayəndəsi vəzifəsinə təsdiq edilib
Tramp iyunda NATO sammitində iştirak edəcək
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib
Polşa Prezidenti NATO-ya müdafiə xərcləri həddini 3 %-ə qaldırmağı təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













