

KİV: Tramp Milli Təhlükəsizlik Şurasının genişmiqyaslı yenidən təşkili prosesinə başlayıb
ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Milli Təhlükəsizlik Şurasının (MTŞ) genişmiqyaslı yenidən təşkili prosesinə başlayıb və təxminən 160 əməkdaşı müvəqqəti olaraq işdən uzaqlaşdırıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, karyera dövlət qulluqçuları olan bu mütəxəssislər kadr yoxlamasının nəticələrini gözləyərkən distant iş rejiminə keçiriləcəklər. Ağ evin MTŞ-nin rəsmi nümayəndəsi Brayan Hyuz bildirib ki, bu addımın məqsədi MTŞ əməkdaşlarının Prezident Trampın “America First” gündəliyinə tam sadiq olmalarını və vergiödəyicilərinin büdcə vəsaitlərindən maksimum səmərəli istifadəsini təmin etməkdir.
Qeyd olunub ki, əməkdaşların öz baza agentliklərinə qaytarılmasını nəzərdə tutan islahat MTŞ-nin daha səmərəli və sadələşdirilmiş strukturunun yaradılmasına yönəlib. Bu proses xüsusilə Dövlət Departamenti, FTB və MKİ-dən gələn və adətən bir-iki il işləyən mütəxəssislərə aid olacaq.
“Associated Press” qeyd edib ki, bu ixtisarlar MTŞ-nin peşəkar ekspertiza səviyyəsini aşağı sala və Yaxın Şərq və Rusiya – Ukrayna müharibəsi də daxil olmaqla, mürəkkəb xarici siyasət məsələlərinin işlənməsinin keyfiyyətinə təsir göstərə bilər.
Oxşar xəbərlər
Tramp Milli Təhlükəsizlik Şurasının yenidən təşkilinə başlayıb
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək
Baydenin milli təhlükəsizlik müşaviri xələfi ilə görüşüb
NATO-nun Baş katibi Trampla görüşüb
Baydenin dövründə təyin edilmiş mindən çox insan işdən çıxarılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
