Latakiya və Qamışlı hava limanları fevralın 15-dək bağlı qalacaq
sizinxeber.az xəbər saytı

Latakiya və Qamışlı hava limanları fevralın 15-dək bağlı qalacaq


Ötən il dekabrın əvvəlində bağlanan Suriyanın Latakiya və Qamışlı şəhərlərinin hava limanları azı fevralın 15-dək təyyarələri qəbul etməyəcək.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Dəməşq” uçuş-informasiya ərazisinin dispetçer xidmətindən bildirilib.

“Fevralın 15-i axşama qədər Latakiya və Qamışlı hava limanlarına bütün uçuşlar, eləcə də oradan bütün uçuşlar təxirə salınıb”, - agentliyin mənbəsi deyib.

O xatırladıb ki, hava limanları ötən il dekabrın 8-də ölkədəki vəziyyətlə əlaqədar bağlanıb. Onlarla yanaşı, ölkənin ən böyük hava limanları - Dəməşq və Hələbdəki aeroportlar da bağlanıb, üstəlik, Suriya hava məkanından üçüncü ölkələrə uçuşların tranziti də dayandırılıb. Daha sonra tranzit bərpa olunub, yanvarın 7-dən isə həm Suriya, həm də xarici aviadaşıyıcılar tərəfindən Dəməşqdən beynəlxalq reyslər həyata keçirilməyə başlanılıb.

Hələb hava limanına gəlincə, daha əvvəl tətbiq edilmiş iş rejimi fevralın 10-u axşama qədər qüvvədə qalacaq ki, bu da təyyarələrin yalnız mülki aviasiya sahəsində tənzimləyici dövlət orqanının xüsusi icazəsi ilə qəbulunu və göndərilməsini nəzərdə tutur.

Oxşar xəbərlər

Suriyanın iki hava limanı yanvarın 21-dək bağlanacaq
Dəməşq hava limanının xüsusi icazə ilə fəaliyyəti dekabrın 24-dək uzadılıb
Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb
İsrail HHQ Hələb hava limanına zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər