Suriya XİN: Sanksiyaların ləğvi ölkənin sabitliyi üçün vacibdir
sizinxeber.az xəbər saytı

Suriya XİN: Sanksiyaların ləğvi ölkənin sabitliyi üçün vacibdir


Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə ölkəyə tətbiq edilmiş sanksiyaların ləğv edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib.

“Report” “Barron's”a istinadən xəbər verir ki, suriyalı diplomat bu bəyanatı Davosda Dünya İqtisadi Forumunda Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr ilə söhbəti zamanı verib.

“İqtisadi sanksiyaların ləğvi Suriyanın sabitliyi üçün vacibdir”, – Şeybani bildirib.

Daha əvvəl Suriya Ərəb Respublikasına qarşı beynəlxalq sanksiyaların ləğvinə Türkiyə, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa, İspaniya və Niderland çağırış etmişdi. Sanksiyaların ləğvi barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk də danışmışdı.

Oxşar xəbərlər

Əhməd əl-Şaraa: Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir
Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
KİV: Əsəd devrilməmişdən əvvəl ABŞ ilə razılaşmadan imtina edib
Kallas: Aİ Suriyaya qarşı sanksiyaların ləğvini yanvarın sonunda müzakirə edəcək
ABŞ rəsmiləri Dəməşqdə Suriyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle